Bu qan qrupundan olanlar xərçəng xəstəliyinə yaxalanmır
Xərçəng xəstəliyinə qarşı ən dözümlü qan qrupu tapılıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, İsveçdə 35 ildir xərçəng xəstəliyi ilə bağlı aparılan tədqiqatların nəticələri alimləri təəccübləndirib. Təxminən, 1 milyondan çox insanın cəlb edildiyi araşdırmalarda göstərib ki, I qan qrupundan olan insanlar xərçəngə qarşı daha dözümlüdürlər. Bununla yanaşı, II qan qrupu daşıyıcılarında mədə xərçəngi, III və IV qan qrupundan olanlarda isə mədəaltı vəzi xərçənginə daha çox rast gəlinir .