Sosial şəbəkədə biz:

Bəzi muzeylər nazirliyin tabeliyindən çıxarılıb Turizm Agentliyinə verildi - SİYAHI

16 August 2019, 16:59
Gündəm

Nazirlər Kabineti "Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edib.

Belə ki, Baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, aşağıdakı qurumlar nazirliyin tabeliyindən çıxarılaraq “Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na daxil edilir:

- Lahıc Tarix-Diyarşünaslıq Muzeyi;

- Şəki Tarix-Diyarşünaslıq Muzeyi;

- Şəki Xalq Tətbiqi Sənəti Muzeyi;

- Şəki Dövlət Rəsm Qalereyası;

- Basqal qəsəbə Mədəniyyət Evi;

- Xınalıq kənd Mədəniyyət Evi.