Sosial şəbəkədə biz:

Deputatın oğlu ilə bağlı məhkəmə HƏBS QƏRARI VERDİ

19 August 2019, 16:48
Gündəm

"Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydüyünə görə, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı haqqında məhkəmə qərar çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Mirhəmid Nərimanlı haqqında 3 aylıq həbs qəti imkan tədbiri seçilib. 

Xatıraldaq ki, baş verən hadisə nəticəsində, deputatın oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.