Sosial şəbəkədə biz:

Paytaxtın mərkəzində məşhur geyim mağazası bağlanıb

05 January 2016, 12:11
Gündəm
Axar.az-ın məlumatına görə, brend geyim dükanı olan “Nekst” M.Ə.Rəsulzadə küçəsində (“Natəvan” heykəlinin yanı) fəaliyyətini dayandırıb. Firmanın şəhərin başqa ərazilərindəki filialları isə işini davam etdirir. Qeyd edək ki, M.Ə.Rəsulzadə küçəsi 10 ünvanında yerləşən “Kükü”, “Kafe Sentr” və “Violet” restoranlarının da bağlandığını xəbər vermişdik. Hər üç restoranın qapısında icarəyə verildiyi barədə elan yerləşdirilib.