Sosial şəbəkədə biz:

Bu bank dollar kreditlərinə görə ödənişi 1,7 manatdan hesablayır

<strong><span style="color: #000000;">Bu bank dollar kreditlərinə görə ödənişi 1,7 manatdan hesablayır</span></strong> "Turanbank”ın dollar krediti olan müştərilərinə qarşı tətbiq etdiyi güzəştli ödəniş kampaniyası cəmi bir həftə davam edib. Bankdan fins.az-a bildirilib ki, artıq kampaniya başa çatıb. Xatırladaq ki, Azərbaycanda manatın təkrar devalvasiyasından (dolların manata nəərən məzənnəsi 1,05 manatdan 1,55 manata qalxdıqdan) sonra bank öz müştərilərinə bildirmişdi ki, dollar kreditlərini 1,3 manat məzənnəsi ilə ödəyə bilərlər. Amma söhbət yalnız kreditin tam bağlanmasından gedirdi. Bu gün isə bankdan bildirilib ki, artıq tam ödəniş üçün 1,3 manat məzənnəsi qüvvədə deyil və dollar kreditlərinə görə ödəniş 1,7 manatdan hesablanır: “Əgər kredit dekabrın 31-nə qədər bağlansaydı 1,3-la ödəmək olardı” – deyə bankdan bildirilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol