Sosial şəbəkədə biz:

Ukrayna telekanalları "Azərspace-1" peykinin xidmətlərindən imtina etdi

05 January 2016, 13:38
Gündəm
Ukraynanın dövlət telekanalı "Kultura" "Azerspace-1" üzərindən yayımını dayandırıb. APA xəbər verir ki, telekanal yayımına "Amos-3" peyki üzərindən davam edəcək. Bundan başqa, "Mərkəzi kanal", "Lviv TV", "Boutique TV" və daha bir neçə Ukrayna telekanalı "Azerspace-1" peyki üzərindən yayımını dayandırıb. Qeyd olunan kanallar da yayımını “Amos-3” üzərindən həyata keçirəcəklər. Hazırda “Azerspace-1” üzərindən yayımını davam etdirən yeganə kanalı UATV-dir.