Sosial şəbəkədə biz:

Məşhurlara qızıl satan iş adamına 43 bıçaq vurdular (TƏFƏRRÜAT, Yenilənib)

<span style="color: #000000;"><strong>Məşhurlara qızıl satan iş adamına 43 bıçaq vurdular (TƏFƏRRÜAT, Yenilənib)</strong></span>

Bakıda sahibkar qadın amansızlıqla qətlə yetirilib. Musavat.com-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Feyzulla Qasımzadə küçəsində baş verib. 
“Jewellery” zinət əşyaları mağazasının sahibəsi Məryəm Nuhməmmədova yaşadığı evdə qətlə yetirilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, naməlum şəxslər mənzilə daxil olaraq, ev sahibəsinin köməksiz vəziyyətindən istifadə etməklə mənzili qarət etmək istəyiblər. Onlar Məryəm Nuhməmmədovadan pul və qiymətli əşyaların yerini soruşublar. Qadın evdə pulunun olmadığını bildirib. Cinayətkarlar istədikləri cavabı ala bilmədiklərinə görə iş adamına işgəncə verməyə başlayıblar. Amma, Məryəm Nuhməmmədova sona qədər bildirib ki, evdə pul, qızıl yoxdur, bütün vəsaitindən “Jewellery” zinət əşyaları mağazasında sərmayə kimi istifadə edir. Evə soxulan şəxslər qadını sorğu-sual edə-edə ona 43 bıçaq zərbəsi vurublar. Məryəm Nuhməmmədova hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxslər evdə axtarış aparsalar da, əllərinə qiymətli heç nə keçməyib. Onlar hadisə yerindən qaça biliblər.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. Faktla bağlı cinayət işi başlanılıb. İş adamını xüsusi amansızlıqla qətlə yetirənlərin axtarışları davam etdirilir. Hələlik saxlanılan yoxdur.
Qeyd edək ki, mərhum iş adamı şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir.
Onun daimi müştərilərindən biri olan müğənni Mətanət Əsədova hadisı ilə bağlı AzNews.az-a açıqama verib. Müğənni bildirib ki, Məryəm sakit bir insan olub : “Əslən Göyçaydandır. Çox gözəl insan idi. Bir qızı və bir nəvəsi var. Uşaqlarına baxırdı. Onun heç kimə pisliyi dəyməyib. Cavan qadın idi. Öldürülmə səbəbi nə ola bilər, bilmirəm”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol