Sosial şəbəkədə biz:

Üşüdüyünə görə arvadını öldürən kişi - Həbs edildi

<span style="color: #000000;"><strong>Üşüdüyünə görə arvadını öldürən kişi - Həbs edildi</strong></span> Füzuli rayonunda 32 yaşlı arvadını öldürən kişi saxlanılıb. Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 5-də Füzuli rayonunun Bala Bəhmənli kəndində yaşayan, əvvəllər məhkum olunmuş Gəncəvi Sadıqov evində ailə-məişət münaqişəsi zəminində arvadı Vüsalə Əsədovaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş V.Əsədova orada ölüb. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş G.Sadıqov tutulub. Qeyd edək ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, Vüsalə Əsədova evin istilik sistemindən şikayətlənərək, ona soyuq olduğunu bildirib. Bu şikayət isə Gəncəvi Sadıqovun xoşuna gəlməyib və birincinin ölümü ilə nəticələnib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol