Sosial şəbəkədə biz:

Hüquq müdafiəçisi prokurorluğa çağrılıb

06 January 2016, 20:59
Gündəm
“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının rəhbəri Oktay Gülalıyev çərşənbə günü ölkə prokurorluğuna dəvət edilib. Bu haqda O.Gülalıyev prokurorluğa getməzdən öncə Azadlıq Radiosuna bildirib. O.Gülalıyev prokuroluğa saat 18:00-a dəvət edilib. Amma xəbər hazırlandığı zamana kimi yəni, saat 20:00-a qədər prokuroRluqdan sərbəst buraxılmamışdı. O.Gülalıyevin konkret olaraq prokurorluğa çağrılması səbəbi bəlli deyil. Amma son vaxtlar hüquq müdafiəçisi ölkədə siyasi məhbus problemi ilə bağlı ətraflı hesabat hazırlamışdı ("Azadlıq" radiosu).