Sosial şəbəkədə biz:

Lənkəranda torpaq sürüşməsi: 20-yə yaxın ev qəzalı vəziyyətə düşüb

<strong><span style="color: #000000;">Lənkəranda torpaq sürüşməsi: <span style="color: #ff0000;">20-yə yaxın ev qəzalı vəziyyətə düşüb</span></span></strong> Ötən ilin oktyabr ayında cənub bölgəsinə yağan intensiv yağışlar bir neçə yaşayış məntəqəsində sürüşmə ərazilərinin aktivləşməsinə səbəb olub. APA-nın məlumatına görə, torpaq sürüşməsi nəticəsində Lənkəran rayonunun Dağlıq Bəliton kəndində 20-yə yaxın fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. Əksər evlərin divarlarında dərin çatlar əmələ gəlib. Kənd sakini Əfqan Heydərova məxsus fərdi ev yaşayış üçün xüsusilə təhlükəli sayıldığından onun ailəsi müvəqqəti olaraq çadıra köçürülüb. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Bəliton ərazi vahidliyi üzrə nümayəndəsi Ağayar Yusifov APA-nın cənub bürosuna bildirib ki, mövcud vəziyyət barədə müvafiq qurumlara müraciət olunub. Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri kənddə qəzalı evlərə baxış keçirərək, müvafiq akt tərtib ediblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol