Sosial şəbəkədə biz:

Ayna Sultanovanın heykəli götürüləcək? - Açıqlama

02 September 2019, 20:38
Gündəm

Bakının Atatürk prospektində A.Sultanovanın heykəlinin yerləşdiyi park uzun müddətdir ki, təmirə bağlanıb. 

Bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindən “Oxu.Az”-ın sorğusuna cavab verilib.

İcra Hakimiyyətindən bildirilib ki, heykəlinin bərpası işləri görülür. Parkda əsaslı təmir işləri yekunlaşmaq üzrədir:

"Görülən işlər sürətlə davam edir və yaxın günlərdə tamamlanması gözlənilir. Hazırda parkda son tamamlanma işləri həyata keçirilir".

Qeyd olunub ki, Ayna Sultanovanın heykəlinin götürülməsi məsələsi gündəmdə deyil.