Sosial şəbəkədə biz:

Bu gün nağd dollar ucuzlaşa bilər

<strong><span style="color: #000000;">Bu gün nağd dollar ucuzlaşa bilər</span></strong> Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün, yanvarın 7-si saat 11:45-də banklararası mütəşəkkil valyuta bazarında valyuta hərracı keçirməsi gözlənilir. “Report” xəbər verir ki, AMB dekabrın 21-dən “üzən məzənnə” rejiminə keçdikdən sonra valyutanı banklara hərraclar vasitəsilə satmağa başlayıb. Dünən, yanvarın 6-da isə AMB, ilk dəfə hərracı təxirə salıb. Bundan dərhal sonra daxili bazarda nağd dolların alış-satış məzənnəsi 1,63-1,64 AZN/USD-dən 1,65-1,70 AZN/USD-yə yüksəlib. “Report”un analitik qrupu hesab edir ki, bugünkü hərracdan sonra alış-satış məzənnəsinin yenidən azalacağı və 1,63-1,66 AZN/USD-yə düşməsi mümkündür. Qeyd edək ki, yanvarın 11-dən etibarən banklararası bazarda Azərbaycan Dövlət Neft Fondu valyuta satışına başlayacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol