Sosial şəbəkədə biz:

Direktor müavini özünü yandırdı - Məktəbdə

<span style="color: #000000;"><strong>Direktor müavini özünü yandırdı - Məktəbdə</strong></span> Neftçala sakini özünü yandırıb. "Qafqazinfo" xəbər verir ki, Neftçala şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Neftçala şəhər 4 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Məktəbin kollektivinin səyi nəticəsində alov söndürülüb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Polisdən həmçinin bildirilib ki, A. Novruzovun külli miqdarda borcu var. O, buna görə özünə qəsd edib. Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol