Sosial şəbəkədə biz:

Əbülfəs Qarayevdən yeni direktor təyinatları

<span style="color: #000000;"><strong>Əbülfəs Qarayevdən yeni direktor təyinatları</strong></span> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə yeni direktorlar təyin edib. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov məlumat verib. Nazirin əmri ilə Əziz Qarayusifli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsinə təyin edilib. O, son təyinata qədər adıçəkilən həmin İncəsənət Məktəbində çalışıb. Əbülfəs Qarayevin digər əmri ilə Oqtay Muxtarov Bakı şəhəri 36 saylı Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin olunub. O.Muxtarov bu vəzifəyə təyin edilməzdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin Mərkəzi Aparatında çalışıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol