Sosial şəbəkədə biz:

Bakıda dolların satışı 1,84 AZN oldu

<strong><span style="color: #000000;">Bakıda dolların satışı 1,84 AZN oldu</span></strong> "Report" agentliyinin analitik qrupunun bu gün Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 12:00 radələrində apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış-satış məzənnəsinin yenidən artdığı qeydə alınıb. Əksər "exchange"lərdə 1 ABŞ dollarının alışı 1,77 manat, satışı isə 1,84 manata aparılır. Qeyd edək ki, dünən əksər valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,72-1,78 AZN/USD olub, bəzi hallarda isə həttə 1,75-1,80 AZN/USD-yə çatıb. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi - 1,5642 AZN/USD olsa da, bu gün AMB-nin valyuta hərracı keçirməməsi valyuta bazarında ajiotaji daha da artırıb. Xatırladaq ki, AMB dünən, yanvarın 7-də keçirdiyi valyuta hərracında tələbin yalnız 19%-ni qarşılayıb və 50 mln. dollar satıb. Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. AZN/USD məzənnəsinin həftə sonu 2,00 AZN/USD-yə çatması artıq reallığa bənzəyir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol