Sosial şəbəkədə biz:

Bakıda kombinat direktoru evində qətlə yetirilib

08 January 2016, 14:37
Gündəm
Bakıda daha bir qətl törədilib.
APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkddaşları çıxıb.
Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.