Sosial şəbəkədə biz:

13 yaşlı oğlan anasına mesaj yazanı bıçaqladı - Azərbaycanda

18 September 2019, 23:02
Gündəm

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Azadlıq prospektində ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu 13 yaşlı Murad adlı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona 7 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Yeniyetmə saxlanılıb. O, polisə ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb. APA