Sosial şəbəkədə biz:

Nazir Flora Kərimova üçün mahnı bəstələdi - Açıqlama

<span style="color: #000000;"><strong>Nazir Flora Kərimova üçün mahnı bəstələdi - Açıqlama</strong></span>

Fövqəladə hallar naziri Kamaləddin Heydərov Xalq artisti Flora Kərimova üçün mahnı bəstələyib.
Bu barədə AzNews.az-a nəğməkar şair Baba Vəziroğlu məlumat verib. Şairin sözlərinə görə, müğənninin ifasında təqdim olunacaq mahnı gələn ayın sonuna kimi hazır olacaq. B.Vəziroğlu hazırda sözügedən mahnı üzərində iş getdiyini qeyd edib. Şair mahnının adını gizli saxlayıb.
Qeyd edək ki, K.Heydərov bəstəkar kimi uzun illərdir fəaliyyət göstəririr. Kamal ləqəbi ilə tanınan bəstəkar bir çox hit mahnıların müəllifidir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol