Sosial şəbəkədə biz:

Əli Əhmədovun qohumuna vəzifə verildi

08 January 2016, 17:21
Gündəm
Sübhan Kazımov "Azərpoçt" MMC-nin baş direktorunun səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib. “ Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, S.Kazımov "Azərpoçt"da 2002-ci ildən işləyir. O əvvəlcə MMC-nin Texniki şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-cü ilin iyulundan isə "Azərpoçt" MMC-nin baş direktorunun müavini vəzifəsini tutur. Qeyd edək ki, S. Kazımov baş nazirin müavini Əli Əhmədovun bacısı oğludur.