Sosial şəbəkədə biz:

Generalın "milyonçular məhəlləsi"ndəki milyonluq villası - FOTOLAR

<span style="color: #ff0000;"><strong>Generalın "milyonçular məhəlləsi"ndəki milyonluq villası - FOTOLAR</strong></span> Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun Bakı şəhəri Nərimanov rayon Teymur Əliyev küçəsində, Ukrayna Respublikasının ölkəmizdəki səfirliyi yaxınlığında yerləşən bir malikanəsinin fotoları yayılıb.  Veteninfo.az iddia edir ki, fotolardakı qiyməti milyon dollarlala ölçülən bu maikanənin sahibi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovdur. Bir məsələn diqqətinizə çatdırmaq istəyirik ki, Azərbaycanda müxtəlif tip məmurlar əmlak vergisindən yayınmaq üçün belə dəb-dəbəli daşınmaz əmlakları bəzən yxın qohumlarının,sürücülərinin və digər şəxslərin adına sənədləşdirərək gözdən pərdə də asa bilirlər. Daxil olan məlumatda iddia edilir ki, fotodakı malikanədə yaşayış yoxdur. Malikanənin qarajında 5 lüks avtomobil vardır ki, bu avtomobillərin ümumi dəyəri 500 yüz min manata yaxındır. Fotoları redaksiyamıza göndərilən malikanənin Arzu Rəhimovun Tahir adlı şəxsdən 1-il əvvəl 2-milyon manata alıb. Daxil olan məlumatda qeyd edilir ki, hazırda malikanəyə Arzu Rəhimovun sürücüsü olmuş şəxs nəzarət edir. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol