Sosial şəbəkədə biz:

Yaşar Xudiyev Afrika cəngəlliyində döyüldü

<span style="color: #000000;"><strong>Yaşar Xudiyev Afrika cəngəlliyində döyüldü</strong></span> “Azadlıq üçün pedalla” devizi altında velosipedlə Cənubi Afrikaya yola çıxan azərbaycanlı səyyah və bloqqer Yaşar Xudiyev ‪hücuma məruz qalıb. “ Azinforum.az ” azadliq.org-a istinadən xəbər verir ki, o hazırda hospitaldadır. Başına 10 tikiş qoyulub. “Sol qolum qırılıb. Kürək sümüklərimdə çatlar var, sağ qulağım yarı kardır”, - o, bu haqda bloqunda yazıb. Yaşar Xudiyevin sözlərinə görə, Kenya sərhədinə 50 km qalmış bir qrup adam ona hücum edərək döyüb, velosipedini, başqa əşyalarını əlindən alıb. Sənədlərini isə yandırıblar. “Onlar məni cəngəlliyin dərinliyinə öldürmək məqsədiylə apardılar. Ölümcül döydülər və başıma ən azı 10 daş zərbəsi dəydi . Bütün başımı qan içində görüb öldüyümü sandılar”, - yazır velosəyyah. Yaşar Xudiyev “yarıhuşsuz, ac və başı qanlı” halda ancaq yabanı giləmeyvə yeyərək, çirkli su içərək sağ qaldığını deyir . “Cəngəllikdən yol tapıb çıxdım və özümü ilk gələn maşının qabağına atdım. Həmin maşın məni qəsəbə hospitalına çatdırdı”. Yaşar Xudiyev ümumi vəziyyətinin yaxşı olduğunu və səyahətinin başa çatdığını bildirir. O velosipedlə səfərə ötən ilin mayında çıxıb. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Avstriya, İsveçrə, Almaniya, Fransa və İspaniyadan sonra Afrikaya keçib. Bu, Yaşar Xudiyevin ilk velosəfəri deyil. O iki il öncə - 2014-cü ildə ABŞ-da 45 günə 5000 km məsafəni qət edib. Həmin səfəri həbsdəki NİDA vətəndaş hərəkatının üzvlərinə həsr etdiyini bildirir. Yaşar Xudiyev ixtisasca jurnalistdir. O ABŞ-da magistratura oxuyub. Yaşar Xudiyev Afrika cəngəlliyində döyüldü Yaşar Xudiyev Afrika cəngəlliyində döyüldü  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol