Sosial şəbəkədə biz:

“Donuz qripi” Ermənistanda: 4 nəfər öldü, 270 nəfər xəstəxanaya düşdü

09 January 2016, 11:29
Gündəm
Ermənistanda “donuz qripi” kimi tanınan (H1N1) virusuna yoluxanların sayı artıb. Ölkənin baş infeksionisti Ara Asonyan mətbuata bildirib ki, son günlər 4 nəfər H1N1 virusundan dünyasını dəyişib. Ermənistanın xəstəxanalarında “donuz qripi”nə yoluxmuş çoxlu sayda xəstə var. Onlardan 150-si uşaq, 120-si isə hamilə qadındır. Müalicə olunanların 8-i ağır vəziyyətdədir. Onlar süni nəfəs aparatına qoşulublar.