Sosial şəbəkədə biz:

Faiq borca görə Brilyanta "ac hərif" dedi

09 January 2016, 13:39
Gündəm
Yalançı vətənpərvərlik və “çolaq” fərasət buna deyərlər.   Axar.az xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev Feysbuk səhifəsində yazıb.   O, həmkarını vergidən yayınmaqda ittiham edib: “Dövlətdən 1 il ərzində təqribən 37 toy (550.000 manat) gizlədən xalq artistinin vergi borcu elə 21 901 manat 16 qəpik olar da.   550.000 manat (dövriyyə) - 21 min 901 manat 16 qəpik (vergi) = 528.098 man 84 qəpik (gəlir). Azdır bəyəm?! Hələ bu ac hərifi SADƏLƏŞDİRİLMİŞ (4%) vergidən ƏDV-yə (18%) keçiriblər, çox güman”.   Vergilər Nazirliyindən Axar.az-a verilən açıqlamada xalq artisti Brilyant Dadaşovanın 21 901 manat 16 qəpik vergi borcu olduğu bildirilmişdi.