Sosial şəbəkədə biz:

Jurnalist Samir Mirzə saxlanıldı

09 January 2016, 13:54
Gündəm
Jurnalist Samir Mirzə yanvarın 8-də Binəqədi rayon 4-cü polis bölməsinə dəvət olunub. Axşam saatlarında bölməyə gedən Samir Mirzə hələ də sərbəst buraxılmayıb. Hafta.az-ın verdiyi xəbərə görə, S.Mirzə Tale Bağırzadəyə yaxınlığı ilə seçilən azadxeber.az saytının redaktoru vəzifəsini icra edirdi. Qeyd edək ki, jurnalist bir müddət öncə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb, dindirilmişdi.