Sosial şəbəkədə biz:

Güclü külək Leriki işıqsız qoyub

09 January 2016, 16:38
Gündəm
Ötən gün axşam saatlarından etibarən başlayan güclü külək Lerikdə bir sıra fəsadlara səbəb olub. 
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, güclü külək əsasəsən rayonun ekelektrik təsərrüfatını iflic vəziyyətə salıb.
 Belə ki, rayon ərazisində 100-dən çox elektrik dirəyi aşıb, nəticədə min metrlərlə naqil sıradan çıxıb. Ümumilikdə, rayonun 150-dək yaşayış məntəqəsi işıqsız qalıb.
 Rayonun müvafiq qurumları təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə səfərbər olunublar. H. Məklikovun sözlərinə görə, günün sonunadək rayonun 70%-də elektrik enerjisinin verilişi bərpa olunacaq.