Sosial şəbəkədə biz:

“MEDİAYA TİBBİ DƏSTƏK" XEYRİYYƏ AKSİYASINDAN 40 JURNALİST YARARLANDI - FOTOLAR

09 January 2016, 19:04
Gündəm
Bu gün “Azərbaycan – İsrail” Beynəlxalq Tibb Mərkəzi və Azinforum.az saytının birgə təşkilatçılığı ilə “Mediaya tibbi dəstək” adlı xeyriyyə aksiyası keçirilib. Beynəlxalq Tibb Mərkəzinin Bakı şəhərində olan ofisində ölkənin tanınmış KİV-lərini təmsil edən 40-a yaxın jurnalist pulsuz tibbi müayinədən keçib. Saat 11-00 -da başlayan aksiya 16-00 qədər davam edib. Jurnalistləri rəhbəri olduğu  tibb mərkəzində salamlayan Aleksander Şapiro-Suliman bildirib ki, imkanları daxilində KİV nümayəndələrinə bacardıqları tibbi dəstəyi verməyə hazırdılar. Aksiyadan yararlanan jurnalistlər tədbirin sonunda “Azərbaycan – İsrail” Beynəlxalq Tibb Mərkəzinə bu nəcib təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər. a1 Aleksander Şapiro- Suliman  jurnalistlərdə aşkarlanan bəzi xəstəliklərin müalicəsinə də yardımçı olacaqlarını bildirib. Aksiya baş çəkənlər arasında arasında - Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev və Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev də olub. a2 a3 a4 a5 a22 a7 a8 a9 a11 a12 a13 a20 a14 a16 a15 a17 a18 a19   Azinforum.az