Sosial şəbəkədə biz:

Azərbaycanda əhalisinin banklarda 8,6 milyard manat əmanəti var

28 September 2019, 10:31
Gündəm

2019-cu il avqust ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 8 milyard 580,0 milyon manat təşkil edib.

Əmanətlərin 56,4 faizi xarici, 43,6 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 23,4 faiz artıb, xarici valyutada əmanətlər isə 3,6 faiz azalıb.