Sosial şəbəkədə biz:

Müsavat başqanlığına namizədlərin debatı keçiriləcək

30 September 2019, 21:32
Gündəm

Müsavat Partiyasının başqanlığına namizəd olanların debatı keçiriləcək.

Bu barədə partiyanın IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) növbəti toplantısında qərar qəbul edilib.

Debat oktyabrın 9-da saat 15:00-da partiyanın qərargahında baş tutacaq.

Namizədlərin debatı media üçün açıq olacaq.

Qeyd edək ki, başqanlığa namizədlər Arif Hacılı, Yadigar Sadıqlı və Tofiq Yaqubdur.