Sosial şəbəkədə biz:

Məşhur kriminal avtoritet "Bülbülə Tahir" Türkiyədə niyə dünyasını dəyişdi ?

01 October 2019, 12:27
Gündəm

Kriminal aləmin tanınmış simalarından olan - İbrahimov Tahir Abbas oğlu dünən gecə saatlarında Türkiyədə dünyasını dəyişib. "Bülbülə Tahir" ləqəbi ilə tanınan şəxsin yaxın qohumları Azinforum.az-a bildiriblər ki, mərhum qəfil ürəktutmasından dünyasını dəyişib. Kriminal avtoritetin nəşinin bu gün Bakıya gətiriləcəyi gözlənilir. "Bülbülə Tahir" kriminal aləmdə çox nüfuzlu şəxslərdən olduğu üçün, onun yasında dünyanın bir çox ölkələrindən olan kriminal avtoritetlərin iştirakı gözlənilir.

Azinforum.az