Sosial şəbəkədə biz:

"Bütün hallarda dövlət məmuruna əl qaldırmaq ağır cinayətdir” - Rövnəq Abdullayev qazilərlə bağlı olaydan danışdı

01 October 2019, 18:11
Gündəm

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, millət vəkili Rövnəq Abdullayev Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında yaranan davadan danışıb.
Azinforum.az-ın məlumatına görə, Rövnəq Abdullayev Unikal.org-a eksklüziv açıqlamasında bildirib ki, baş verən hadisədən xəbərdardır:
"Bu barədə məlumatım var. Baş verən hadisədə iştirak edən şəxslər hələ dəqiq bilinmir ki, qaziləridir, ya yox. Bütün hallarda dövlət məmuruna əl qaldırmaq ağır cinayətdir”.