Sosial şəbəkədə biz:

Türkiyədə növbəti antiterror əməliyyatı: 1 polis şəhid oldu, 12 yaraqlı öldürüldü

10 January 2016, 12:57
Gündəm
Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyatlar davam edir. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, bu gecə hüquq-mühafizə orqanlarına Van vilayətində Erdemit yolunun kənarındakı evə bir qrup terrorçunun yığışması barədə məlumat daxil olub. Dərhal həmin ünvanda əməliyyat keçirilib. Atışma vaxtı 1 polis şəhid olub, daha 2 əməkdaş isə güllə yarası ilə xəstəxanaya aparılıb. Evə yığışan terrorçuların 12-si də öldürülərək zərərsizləşdirilib.