Sosial şəbəkədə biz:

“Siz nəyə, hansı dinə qulluq edirsiz?”

03 October 2019, 10:27
Gündəm

Ötən gün aşıq Namiq Fərhadoğlu tərəfindən “Maşın”dan uzaqlaşdırılan müğənni Kərim Abbasov açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, realiti- şounun onlayn səhifəsində paylaşılan videoda Kərim iştirakçıların əksəriyyətini ikiüzlülükdə ittiham edib.

“Onların quyu qazmaqlarını görüb şoka düşürəm ki, insanların neçə siması var? Siz nəyə, hansı dinə qulluq edirsiz? Çalışın bir üzünüz olsun. Amma çətin, gördüyümü gördüm. Dəhşət! Hələ Allaha şükür edirəm ki, birinci mən çıxdım. Bundan sonra qırğınları gözləyin! Xeyirlisi budur”, - deyə Kərim qeyd edib.