Sosial şəbəkədə biz:

Bilal Ərdoğan: Bu festival üçün Qarabağ atı da gətirilib - VİDEO

03 October 2019, 21:35
Gündəm

Bu gün İstanbulda IV Etnosport Mədəniyyət Festivalı başlayıb. Festival dörd gün davam edəcək. 

Bununla bağlı Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan “Haber Global”a açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycandan festivala xüsusi atlı qrup qatılıb.

B.Ərdoğan qeyd edib ki, onlar Qarabağ atları ilə özəl çıxış hazırlayıb. 

O əlavə edib ki, festivala çox sayda tanınmış sima da qatılacaq.