Azərbaycanlı şairin oğlu qəzaya düşdü, vəziyyəti ağırdır
Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcət Təbrizi avtomobil qəzasına düşüb.
APA bildirir, yol qəzası ötən gecə Təbrizdə qeydə alınıb. Xəstəxanaya yerləşdirilən Hadi Behcət Təbrizinin vəziyyəti ağırdır.