Sosial şəbəkədə biz:

Xırdalanda yaşayış binasında yanğın: 25 nəfər təxliyə olundu

10 January 2016, 18:21
Gündəm
Abşeron rayonunun Xırdalan şəhərində yeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb. FHN-in saytına istinadən yayılan məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla, 25 sakin təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.