Sosial şəbəkədə biz:

Türkiyə KİV-ləri Prezidentin Soçi bəyanatından yazdı - FOTO

05 October 2019, 18:31
Gündəm

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” işarəsi bəyanatı Türkiyənin aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

Dövlət başçısının bəyanatı türkdilli oxuculara geniş şəkildə çatdırılıb. Mövzu ilə bağlı ahaber.com.tr, takvim.com.tr, milliyet.com.tr və digər saytlarda yazılar dərc olunub. Xəbərlər “Əliyevdən Ermənistana sərt cavab: Qarabağ Azərbaycandır və nida”, “Qarabağ tarixi Azərbaycan torpağıdır” kimi sərlövhələrlə təqdim olunub.

Azvision.az