Parlamentin kriminallaşmış deputatları... - Biri getdi... o birilər də mandat almayacaq...
Azərbaycan parlamentində ayrı-ayrı deputatlar keyfiyyət, həm də
aidiyyat baxımından hakim elitanı qane etmir. Hazırkı parlament
qanunları yaradan yox, daha çox təsdiqləyən orqana çevrilib. Əslində bu
məqamın hakimiyyət eşalonunun olimpində o qədər də narahatlıq doğurmağı
da hiss olunmur. Ölkə rəhərliyini daha çox əndişələndirən deputatların
adlarının tez-tez qanqstersayağı filmlərin əsas qəhrəmanı kimi
çəkilməsindədir.
Son
belə qalmaqal Şirvandan deputat olan Rafael Cəbrayılovla bağlı ortaya
çıxdı. Məlum oldu ki, Rafael Cəbrayılov cibindəki mandatı aparıb
“lombard Məlahət” adı ilə tanınan Məlahət Qurbanovaya girov olaraq verib
və 300 min dollar alıb. Pulu qaytara bilməyəndə isə, deputatın
mandatının “lombard Məlahət”in əlində olduğu geniş ictimaiyyətin
diqqətinə çatdırılıb.
Məsələ günlərlə müzakirə mövzusu olandan sonra Rafael Cəbrayılov mandatdan imtina etmək məcburiyyəti ilə üz-üzə qalıb.
Rafael
Cəbrayılovun mandat vaqeəsindən 15-20 gün əvvəl parlamentin Lerikdən
olan deputatı İqbal Məmmədov kriminal “razborka”nın baş qəhramanı idi.
Deputatın oğlu Mirhəmid Nərimanlı başının dəstəsi ilə – Orxan Çingiz
oğlu Nərimanlı, Pərviz Əvəzoviç Əsgərov, Famil Kamran oğlu İmanov, Rahim
Bəhlul oğlu Şahverdiyev və Amir Nağızadə oğlu Abbasovla birgə İqbal
Məmmədova məxsus olan “Relax” İstirahət Mərkəzinə gələn Vergilər
Nazirliyinin əməkdaşlarını döymüşdülər. Vergi müfəttişlərinin
istifadəsində olan xidməti – yəni dövlətə məxsus nəqliyyat vasitələri də
daşlamışdılar. Yəni, deputatın oğlu başının dəstəsi ilə Azərbaycan
dövlətini təmsil edən vergi işçilərini döyüb, yenə də Azərbaycan
dövlətinə məxsus maşınlara daş atmaq güvənini özlərində hiss etmişdilər.
71 saylı
Masallı kənd seçki dairəsindən 3-cü, 4-cü, 5-ci çağırış parlamentdə
kreslosunu saxlayan Elmira Axundovanın, oğlu Həbib Axundovun adına bağlı
olan kriminal süjeti xarıtladan hadisələr illərdir ki, mətbuatın
gündəmindən düşmür.
Elmira
Axundova 2 dəfə onun səlahiyyətli nümayəndəsi olan Fərman Məmmədovdan
külli miqdarda pul alıb. Pulların oğlu Həbibin yararatdığı biznesə
yatırılacağı və biznesdən əldə olunan gəlirindən dividend veriləcəyini
vəd edib. Deputatın oğlu pulu alıb və qaytarmayıb. Elmira Axundova 450
min manatlıq borcdan 250 minini qaytarıb, qalanını isə verməyib. İş
böyüyəndə bütün yükü Elmira Axundovanın ailə dostu, Həbib Axundovun
şəriki Elnur İbrahimovun boynuna qoyublar.
9 illik həbsə göndərib özünə də vəd ediblər ki, narahat olmasın, Əfv
Komissiyasının üzvü olan Elmira Axundova Elnur İbrahimovu “içəri”dən
çıxaracaq. Necədir? Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş “Xaç
atası” romanının əsas şüarı “İmtina edilməsi mümkün olmayan təklif” bu
iş üzrə keçərlidir desək, heç yanılmarıq.
Elnur
İbrahimov bu gün 9 illik həbs cəzasını çəkir. Ailəlidir, uşaqları var,
anası müəllimədir. Dələduzluqda ittiham olunub və həbsə gedib. Ona
“İmtina edilməsi mümkün olmayan təklif” ediblər, qəbul edib və “içəri”
gedib. Ortada dələduzluqla ələ keçirilən 8 milyon manat var. Elnur
İbrahimova bu pullardan nə qədər çatdığını ən yaxşı bilən Həbib
Axundovdur. Hansı ki, anasının zəngləri ilə iş üzrə zərərçəkənə
çevrildilər. Hələ Elnur İbrahimov Elmira Axundova ilə Qəbələdə görüşüb
ölkədən qaçırıldığı günlərdə Həbib Axundovun adı olduqca böyük bir ölüm
işində əsas fiqur olaraq keçməyə başladı.
Məlum
oldu ki, “Miss Lafarella” gözəllik yarışmasının qalibi Günel Rəşid qızı
Mirzəyeva deputat oğlu Həbib Axundova məxsus K-45 adlı ABB 1278 bort
nömrəli “Yamaha 242 Limited S” tipli gəzinti katerindən müəmmalı şəkildə
suya düşüb və öldw. Bu sirli ölümdən sonra məlum oldu ki, Günel
Mirzəyeva hamilə imiş. Onun Həbib Axundovla olduqca sıcaq
münasibətlərini təsdiqləyən məlumatlar da ortaya çıxdı. Bilindi ki,
deputata oğlu faktiki olaraq gününü onunla keçirib, özünə məxsus maşını
da ona verib. Günel Mirzəyevanın kriminal ölümündən sonra istintaq
orqanları səthi, olduqca həvəssiz hərəkətlilik nümayiş etdirdilər, qızın
ailəsinə Həbib Axudnovun kreditlə ev aldığı xəbəri də gəldi.
Bu
yazıda cəm olan məlumatların hər biri internet resurslarında illərdir
ki, Azərbaycan parlamentinin adı ilə yanaşı çəkilir. Səbəbkarlar da elə
parlamentdə illərdir oturan deputatların özləridir.
2013-cü
ildən bu yana məsələ mətbuatın gündəmindədir və Azərbaycan parlamentinə
aydındır ki, belə üzvlərin fəaliyyəti alqış gətirmir. //AzEuroNews.com//