Azərbaycanın Baş naziri dəyişir
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Azvision.az xəbər verir ki, iclasda Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.
Hazırda Azərbaycanın Baş naziri Novruz Məmmədovdur. O, 21 aprel 2018-ci ildə Baş nazir vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.