Sosial şəbəkədə biz:

Dünən valyutadəyişmə məntəqələri açılmadı

<span style="color: #000000;"><strong>Dünən valyutadəyişmə məntəqələri açılmadı</strong></span> Yanvarın 10-da Bakıdakı valyutadəyişmə məntəqələri bağlı olub. “ Azinforum.az ” azadliq.org-a istinadən xəbər verir ki, məntəqələrin günortadan sonra açılacağını gözləyənlər olsa da valyutadəyişmə məntəqələri axşamtərəfidə bağlı olub. Pul dəyişməyə gələnlər əliboş qayıdıblar. Bəzi məntəqə sahibləri bunun bazar günü olması, çoxu isə dolların olmaması ilə əlaqələndirib. Məntqələrin işləməməsi metronun 28 may stansiyası ətrafında fəaliyyət göstərən “qara bazar”ın fəaliyyətini genişləndirib. Son günlər qanunsuz valyuta mübadiləsi ilə məşğul olanları polis saxladığından onlar gizli fəaliyyət göstərir. “Qara bazar”da 1 dollar 1 manat 90 qəpiyə, 2 manata təklif olunur. Yanvarın 8-də valytadəyişmə məntəqələrində 1 ABŞ dolları 1 manat 85 qəpiyə satılıb. Mərkəzi Bankın «limit» tələbindən sonra isə dolların alış və satışı aşağı salınıb. Yanvarın 9-da1 ABŞ dolları 1.62 manatdan satılıb. Mərkəzi Bank yanvarın 11-i üçün 1 ABŞ dollarının məzənnəsini 1.5642 manat müəyyən edib. Dünən valyutadəyişmə məntəqələri açılmadı Dünən valyutadəyişmə məntəqələri açılmadı Dünən valyutadəyişmə məntəqələri açılmadı Dünən valyutadəyişmə məntəqələri açılmadı  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol