Sosial şəbəkədə biz:

Nardaranda 60-dan çox şəxs barəsində inzibati həbs tədbiri seçilib

11 January 2016, 11:06
Gündəm
Bakının Nardaran qəsəbəsində ümumilikdə 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, hazırda inzibati qaydada həbs olunan 15 Nardaran sakini Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır. Məlumata görə, inzibati qaydada həbs olunan şəxslərdən 50-dən çoxu artıq azadlığa buraxılıb. Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.