Sosial şəbəkədə biz:

Avropa İttifaqının ali nümayəndəsi Azərbaycana gələcək

11 January 2016, 11:16
Gündəm
"Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfəri ilin birinci yarısında baş tutacaq". "Report" xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. Onun sözlərinə görə, səfərin bu ilin fevral-mart aylarında olacağı gözlənilir, daha dəqiq tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək. "İstənilən halda, səfər ilin birinci yarısında baş tutacaq", - M.Mard bildirib