Sosial şəbəkədə biz:

Zərdab rayon prokurorunun işdən çıxarıldığı rəsmən təsdiqləndi

<span style="color: #000000;"><strong>Zərdab rayon prokurorunun işdən çıxarıldığı rəsmən təsdiqləndi</strong></span>

Zərdab rayon prokuroru Süleyman Süleymanov vəzifəsindən azad olunub. 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Report"a açıqlamasında deyib ki, S.Süleymanov baş prokuror Zakir Qaralovun əmri ilə işdən çıxarılıb.
O bildirib ki, S.Süleymanov Zərdab Rayon Prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilib.
Qeyd edək ki, prokurorun işdən çıxarılması barədə ilk məlumatı Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov sosial şəbəkədə yaymışdı. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol