Sosial şəbəkədə biz:

Mafiya başçısı Azərbaycan nömrəli “Rolls-Royce”la Telman İsmayılovun evinə getdi - VİDEO

10 October 2019, 13:07
Gündəm

Məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Monteneqroda hansı avtomobillə gəzdiyi məlum olub. 

Unikal.org-un əldə etdiyi məlumata görə,  biznesmen 10-LH-100 Azərbaycan dövlət nömrə nişanlı “Rolls-Royce Phantom” avtomobilində gəzir. Avtomobil oğlu Ələkbər İsmayılovun adınadır. 

Qeyd edək ki, T.İsmayılov sözügedən avtomobilini 2010-cu ildə sürmək üçün  Türkiyədən Bakıya təyyarəsi ilə gətirmişdi.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Telman İsmayılov “Rəis” ləqəbli kriminal avtoritet Sedat Pekeri Monteneqroda öz evinə bu avtomobildə aparıb.