Sosial şəbəkədə biz:

Suriyadan Türkiyəyə raket atdılar - 2 ölü, 46 yaralı

10 October 2019, 18:36
Gündəm

YPG/PKK terror qruplaşmaları Türkiyənin Akçakale və Ceylanpınar kəndlərini raketlərlə atəşə tutub.

“Qafqazinfo” Türkiyə KİV-nə isitnadən xəbər verir ki, nəticədə 1-u uşaq olmaqla 2 nəfər ölüb, 46 nəfər yaralanıb. Ölənlər 9 aylıq Suriya əsilli körpə Muhammed Omar və Akçakakale vergi idarəsinin əməkdaşı Cihan Günəşdir.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Türkiyə dünən Suriyanın şimalına "Sülh Çeşməsi Hərəkatı"nı başladıb.