“İsa Qəmbər səmimi deyil” - Yadigar Sadıqlı
Müsavat başqanlığına namizəd Yadigar Sadıqlı Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Arif Hacılıya dəstək çıxmasına növbəti dəfə münasibət bildirib.
Başqanlığa namizəd "Facebook" hesabında İsa Qəmbərin səmimi olmadığını yazıb:
"Sözüm İsa Qəmbərin IX qurultayda qalibin bəlli olması fikri haqqındadır. Deyirəm ki, tutalım, Arif Hacılı 60% səs toplayıb qalib gələcəkdi. Normal, demokratik görüntü yaradan rəqəmlərdir də. 60% lehinə, 40 % əleyhinə. İsa Qəmbər də çağırış edib nəyə nail olmaq istəyir, YAP kimi 90% civarında rəqəmlərə? Demək istədiyim odur ki, İsa Qəmbər səmimi deyil, IX qurultayda qalib bəlli deyildi. İndi də əlavə edirəm: Arif Hacılı özü qalib gələcəyinə əmin olsaydı, heç vaxt İsa Qəmbərin dəstək bildirməsinə razı olmazdı".