Sosial şəbəkədə biz:

Türkiyə çətin qələbə qazandı, İngiltərə uduzdu - AVRO-2020

12 October 2019, 10:13
Gündəm

AVRO-2020-nin seçmə mərhələsi davam edir.

VII turun ikinci oyun günündə yeddi qarşılaşma keçirilib.

Qonşu Türkiyə yığması Albaniyanı qəbul edib. Final mərhələsinə vəsiqəyə iddialı olan “ay-ulduzlular” qələbə qolunu son dəqiqələrdə vurublar. H qrupunun favoriti Fransa səfərdə İslandiyanı bir qolla məğlub edib. Andorra isə Moldova ilə matçda ilk qələbəsinə sevinib.

B qrupunda favoritlər qələbə qazanıblar. Ukrayna Litvanı, Portuqaliya Lüksemburqu yenərək final mərhələsinə bir addım da yaxınlaşıblar.

AVRO-2020-yə vəsiqəni indidən təmin etmək üçün qalib gəlməli olan İngiltərə Çexiyaya uduzub. Bu qrupun digər matçında Monteneqro Bolqarıstanla bərabərə qalıb. Cebhe.info