Sosial şəbəkədə biz:

Bakıda alçanın fantastik qiyməti - 500 AZN

<span style="color: #000000;"><strong>Bakıda alçanın fantastik qiyməti - 500 AZN</strong></span> Bakı bazarlarında bəzi meyvələrin qiyməti fantastik dərəcədə qalxıb. “ Azinforum.az ” ın baku.ws-ə istinadən məlumatına görə, “Yaşıl bazar”da alçanın kiloqramı 500 manata, bir ədədi isə təxminən 8-9 manata satılır. Satıcılardan bunun səbəbini soruşduqda isə müxtəlif bəhanələrlə sualdan yayınmaq istəyiblər. Bəzi satıcılar bunu ölkədə mövsüm uyğun olmadığı üçün alçanın xaricdən gətirilməyini əsas gətiriblər. Sayt yazır ki, xaricdə alçanın bir kiloqramı 15-20 dollar arasında dəyişirsə Azərbaycana gətiriləndə bu qiymət maksimum 50 manatadək arta bilər. Yol xərci və digər xərclər alçanın qiymətinə bu məbləğdən artıq təsir edə bilməz. Məsələ ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər ki, alça gündəlik istehlak səbətinə daxil olmadığı üçün onlarda bu barədə hələlik ətraflı məlumat yoxdur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol