Sosial şəbəkədə biz:

Müəllimlərin maaşı niyə verilmir?

<span style="color: #000000;"><strong>Müəllimlərin maaşı niyə verilmir?</strong></span> Bir qrup təhsil işçisi dekabr ayının maaşını hələ də almayıb. Bu barədə “Qafqazinfo”ya Abşeron rayonunda çalışan müəllimlər məlumat verib. Bildirilir ki, rayonda ümumilikdə 250-yə yaxın müəllimin əməkhaqqı “Kapital Bank”dakı maaş kartlarına köçürülməyib. Abşeron rayon təhsil şöbəsinin mühasibatlıq bölməsindən “Qafqazinfo” ya problemin səbəbini bilmədiklərini dedilər. “Kapital Bank”dan isə bildirdilər ki, məsələnin onlara aidiyyatı yoxdur. Şikayəti araşdırarkən məlum oldu ki, əslində problemin miqyası böyükdür. Belə ki, təkcə müəllimlər yox, həmçinin bir qrup təqaüdçü və səhiyyə işçisi də ötən ilin dekabr ayının maaşını hələ də almayıb. Əldə etdiyimiz məlumata görə, maaşların gecikdirilməsinin səbəbi Maliyyə Nazirliyi tərəfindən pulların köçürülməməsi ilə bağlıdır. Qeyd edək ki, problemlə əlaqədar Maliyyə Nazirliyinə sorğu göndərsək də, sualımıza cavab verilməyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol