Sosial şəbəkədə biz:

Öldürülən jurnalistin işi üzrə məhkəmə qalmaqalla başladı

<strong><span style="color: #000000;">Öldürülən jurnalistin işi üzrə məhkəmə qalmaqalla başladı</span></strong> Öldürülən jurnalistin işi üzrə məhkəmə qalmaqalla başlayıb. Virtualaz.org-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, əvvəlki məhkəmədə olduğu kimi, media nümayəndələri bu dəfə də prosesdən kənarda qalıblar. Xəbərə görə, İlqar adlı məhkəmə nəzarətçisi jurnalistləri açıq şəkildə zala buraxmayacağını bildirib. Təqsirləndirilən şəxslərin yaxınları ilə məhkəmə nəzarətçiləri arasında da qarşıdurma yaranıb. Onlar da zala buraxılmırlar. Xatırladaq ki, Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulublar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol