Sultanahmet Meydanında güclü partlayış - 10 ölü, 15 yaralı
Türkiyənin Sultanahmet Meydanında güclü partlayış olub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlər və yaralananların olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım və polis əməkdaşları cəlb olunub. Ölənlərin sayının 10 nəfər olduğu təxmin edilir.
Hadisə şahidləri partlayışa canlı bombanın səbəb olduğunu deyiblər.
Rusiya mətbuatı isə yaralılar arasında alman turistlərin də olduğunu yazır.
Yaralılar arasında polislər də var. Partlayış xəbərinin yayılmasından sonra hadisə yerinə gedən polis maşını qəzaya düşüb. Aşan avtomobildəki polislər yüngül yaralanıblar, maşın isə vətəndaşların yardımı ilə qaldırılıb.
Baş nazir Əhməd Davudoğlu baş verən partlayışla bağlı Daxili işlər nazirini məlumatlandırıb, daha geniş tərkibli toplantı planlaşdırılır.